 Hörmətli foto həvəskarları və həvəskar fotograflar,Sizləri peşəkar fotoqrafımız Sitarə İbrahimovanın təklifi ilə Pinhol fotoqrafiyaya aid tədbirə dəvət edirik. Pinhola həsr edilmiş bu tədbirimizdə peşəkar fotograf Sitarə İbrahimova və Həbib Muradov sizlərə adi əşyalardan istifadə edərək fotokamera düzəltməyin və ev şəraitində necə fotoşəkil çap etməyin sirlərini öyrədəcəklər.
Pinhol fotoqrafiya linzasız kameralar da adlanır. Kiçik, qaranlıq qutu, iynə ilə açılmış dəlik və işığahəssas material kifayət edər ki, fotoşəkil çəkəsiniz.
Bunun üçün sizdən özünüzlə sadəcə aşagıdakı əşyaları gətirməyiniz xahiş olunur:
1.İynə(muncuq iynəsi, nazik olmalı)
2.Karton(qalınlığı 2-3 mm, qara rəngdə də ola bilər)
3.Qayçı
4.Qara skoç(izolent)
5.Dəmir banka(cola və ya pepsi)
Hörmətlə,
PH['0']TO CLUB
Tədbirin keçirildiyi yer:
AFB-Azərbaycan Fotoqraflar Birliyi, Dəniz Vağzalının qarşısında görüşürük. Saat 12:00, 22 Avqust |