09/09/2010 19:06

Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
Reklam
Sayğac

ILK-10 Azeri Website Directory
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
Reklam


3ds.az - Azərbaycanın 3D Peşəkarlarının portalı

Ağ PR, Qara PR
Bir "analitik" yazı oxudum... Sonra o "Analitik" yazıya cavab yazı da oxudum. Şərh etmədən hər iki yazını oxumağı sizə həvalə edirəm. Söhbət Yumroo layihəsinin icraçı direktoru Anar Elçiyev 1news.az saytında dərc etdiyi yazı və o yazıya cavab vermiş Vahid Qasımovun yazısından gedir.

Anar Elçiyev -
«У большинства азербайджанских интернет проектов руки отбиты начисто» (oxumaq üçün linkə tıklayın, məqalə rusca olduğuna görə burada yazılmadı)

Vahid Qasımov - Ağ PR, Qara PR - ya da AzNET-in rusca təhlili(oxumaq üçün tıklayın)


Dünən, özünü Milli İnternetimizə daxil edən adı və şüarı ingiliscə, özü rusca olan xəbər saytların birində Milli İnternetdə təzə peyda olmuş növbəti iddialı layihələrindən birinin icraçı direktorunun İnternetimizin vəziyyəti ilə əlaqədar davamı gələcək analitik yazısının ilk hissəsi dərc olunmuşdur. Yazıda ortaya qoyulan bəzi müddəalara öz fikrimi bildirmək üçün və verilən bəzi suallara cavab vermək üçün ağlıma gələnləri bölüşmək istəyirəm.

Müqəddimə

Hələ əsrlər öncə “Xosrov və Şirin”də Nizamimiz bir nəsihət etmişdir: “Yüz nöqsanın varkən, dinmə sus barı, Özgədə axtarma o nöqsanları”. Nəyə görə inkişafın zəif olduğundan gileylərinik? Böyüklərimizin nəsihətlərinə qulaq vermədiyimiz üçün.

İcraçının analizləri

Azərinet-i seqmentlərə bölmək fikri gözəldi. Görəsən, icraçı direktor öz layihələrini hansı seqmentə daxil etmək niyyətindədir? Qrantların yeyilməsi üçün hazırlanan saytlara? Super-meqa-kvazi-pop-realiti-şou saytlara? Yoxsa dedi-qodu sarı məbuat saytlarına?

Şəxsən mən, dəyərli milli layihələrin bir çoxunu icraçının sadaladığı seqmentlərin heç birinə aid edə bilmərəm. Yəqin ki, gözəl fikrin reallaşdırması ilkin kamilliyini qoruya bilmədi.

Azərbaycan adlanan ölkənin əcnəbi-dillilərin istilası

Dəfələrlə elə fikrə gəlmişdim ki, Azərbaycan yeganə ölkədir ki, cibində xarici ölkənin pasportunu daşıyan vətəndaşlar yerli vətəndaşlara görə daha böyük hörmətə və imtiyazlara sahibdir. Bu şəraitdə əlbəttə ki “obrazavonski” görsənmək kompleksinə qapılmışlar əcnəbicə görsənmək, əcnəbicə hərəkət etmək və əcnəbicə danışmaq üçün əllərindən gələni etməyə çalışırlar.

Bu cür kompleksli insanlara İnternetimizi uyğunlaşdırmaq qəribədir deyilmi? Səbəb kompleksdir yoxsa tənbəllik? Ona görədirmi ki, azərbaycan istifadəçiləri üçün nəzərdə tutulmuş layihənin elektron poçtun kömək bölməsi rusca olaraq saxlanılmışdır. Ona görədirmi ki, layihənin Azərbaycan dilində axtarışı rusdilli xəbərlər saytlarında yer alır. Ona görədirmi ki, həmin layihənin icraçı direktoru rusdilli saytlarda rusca silsilə yazı müəllifi olub, milli internetə iradlarını dilə gətirir?

Cherches la femme – heç hənanın yeridir?

Alexa haqqında yazılanlara mız qoya bilmərəm, yazılanların hamısı gərçəkdir. Ancaq bu söhbətin açılmasının səbəbi nədir, bir anlam verə bilmədim. Müəmma olaraq uzun müddət qalmadı, bir sonrakı abzasda hər şey aydın oldu.

PR – Paxıllığın Realizəsi

Bütün hər şeyi ümumi problemlərin çətiri altında üstü örtülü şəkildə rəqib saytlara söz atmaq. Əlimizin çatmadığı milli saytlar, rəqib belə ola bilməyəcəyimiz xarici layihələr. Hamısı turşdur.

Kor kora kor deməsə...

Növbəti daşların kimin bostanına atıldığı bilinməsə də, Azərbaycan İnternet Forumunun daşı taqqıltıyla dəyib yerə düşdü. AİF-in üzvü olaraq daşın yerdə qalmasına imkan verə bilmərəm. Hal hazırda neçə Mb İnternet bağlantınız var? 1 il əvvəl neçə idi ve neçəyə idi? Benzin, işıq, su, qazın bahalaşdığı dövrümüzdə İnternet qiymətlərinin ucuzlaşması – əsas layihəmizdi. Xeyir iş gör, dənizə at, Xaliq bilər, balıq görməsə də olar...


Rəylər
#1 | Proger tərəfindən yazılıb. Yazılma tarixi ->> 07/11/2009 17:04  
VÜSAL! Halaldır!!!!
#2 | Fedai tərəfindən yazılıb. Yazılma tarixi ->> 07/11/2009 20:47  
Müəqqdimə...
Maraqlıdı Anar bəy nəyə görə məhz dövründə xalqımıza(bizim!) qarşı kifayət qədər qəddarlıqlar edən və başımıza erməni bəlasını açan şəxsin(İ Pyotr) adını məhz ilk cümləsində qeyd edib?!Bəlkə onun Azərbaycan tarixində qoyduğu qara ləkədən xəbərsizdir?!
AzNeti müxtəlif seqmentlərə bölüb Anar bəy və bu bölgüyə inansaq AzNetdə marifləndirici, dini, Türkçülük və Turançılıq, Vətənpərvərlik, elm-təhsil və digər mövzularda saytlar yoxdur...
Analizin sonunda belə bir cümlə işlədilib:
" Əgər kimisə unutdumsa kusuruma kalmıyın, onsuzda gec yada tez bu kateqoriyalardan birinə düşəcəksiniz(aid olacaqsınız)"
Maraqlıdı bu sözlər yumroo ya da aiddirmi?Və ya təsəvvür edin ki, hansısa Türkçü portalda ev və ya maşın satılması haqda reklam getsin...Bu ki absurddur...
Azərbaycan mentoliteti və rus kontentinin problemləri...
İlk cümləbelədir:" Sirr deyil ki, AzNetin əsasını rus dilli resurslar təşkil edir.Bu bizim cəmiyyətin xüsusiyyətləri ilə əlaqəlidir".
Anar bəy yəqin ki AzNetdə ən çox oxunan elektron qzetin musavat.com olduğunu və bu qəzetin məhz Azərbaycan(doğma!)dilində fəaliyyət göstərdiyini unudub...Bəli Anar bəy bizim cəmiyyətin məlum psixialogiyası belədir...Özünüz fikirləşin yumroo kimi bir layihənin icraçı direktoru rus dilində məqalı yazır...Ya azərbaycan dilndə yazmır ya da ki, hansısa səbəblərə görə yazmaq istəmir...Faktiki olaraq əgər mən sizin məqalənizi oxumaq istəyirəmsə məcburu rus dilindən istifadə edəcəm və rusdilini bilməyən təbəqə bu məqaləni oxuya bilməyəcək...Burda günah kimdədi?Sizdə ya həmin məqaləni oxumağı bacarmayan şəxsdə?
Digər maraqlı cümlə...:[b]"Məsələ burasındadır ki, rusdilli resursların inkişafına təkan verən səbəb rusdilli(!) əhalinin marağı oldu.Və cəmiyyətimizin bu hissəsinə ölkəmiz haqda məlumat maraqlı oldu"

Nəyə görə siz rusdilli əhalini cəmiyyətin "elitası" kimi göstərməyə cəhd edirsiniz?Ona görə ki, doğulandan bu dövlətdə yaşamasına baxmayaraq öz dilini bilmir? Ya bu dildə danışmağı özünə ar sayaraq, əsrlər boyu qanımıza bulanın rusların dilində danışmağı üstün tuturlar?Cəmiyyətin bu hissədi dedikdə yəni cəmiyyətin yeganə tərifə layiq ağıllı təhsilli, gözəl, göycəy rusdilli əhalisini nəzərdə tutursuz....Amma unutmayın ki, Azərbaycanda ən azından yeni nəsil WebUstalar, Dizaynerlər,Kodderlər məhz Türk Dilli əhalidi...Və bəlkədə sizin yumroo nı yığan onun scriptini hazırlayanda məhz Türkdilli bir şəxsdir.Cəmiyyətin digər hissəsi(Türkdilli əhali) sadəcə boş-boş vaxt keçirməklə məşğuldur,yəni əgər rus dilini bilmirsənsə və rusdilli resurslara daxil olaraq ordan nəsə götürə bilmirsənsə bu cəmiyyətdə sən ikinci sort insansan...Nəyə görəsə bu Sovet dövrü Azərbaycanını xatırlatdı mənə...
Digər maraqlı hissə : "Bəs Türkdilli əhali nəylə maraqlanır?!"Qısaca yazacam 18+ mövzuları...
Maraqlıdı sizin nəyin tərəfdarı olduğunuzu anlamaq olmur...Sizə bir sual verim rusdilli əhalinin neçə faizi barlarda olur? Bəs Türkdilli? Siz ki, bizdən yaxşı bilirsiz bizim barlar nəyə xidmət edir?Bunun səbəbi sadəcə olaraq mental dəyərlərdədir...O mental dəyərlər ki, rusdilli "elita" tərəfindən artıq çoxdan unudulub...!
Alexa haqda
"Bu reytinqdə birinci yerdə mail.ru ikincidə google.az üçüncüdə yahoo dörddə youtubedir...Day.az yalnız onbirinci yerdədir...Daha sonra isə 1news.az(fikir verim.az amma orda Azəri Türkcəsində bir söz tapa bilmədim)...Bütün yazılanlar doğrudur,amma diqqətimi son cümlə çəkdi..Bİr qədər bədii olsada...:" Да, с девушками нужны свои хитрости..." bayaqki bar məsələsini yadınıza salın...!
Mail.ru haqda maraqlı hissə var...
ermənilərin mail.ru saytı hqda danışır, gözəl sözlər və sonda...
"Bununla belə bizim 100 minlərlə mailimiz erməni saytından keçərək gəlir".---Bəli Anar bəy düz qeyd etdiniz SİZİN(!) məktublarınız oradan gəlir...
İnternet Forum haqda---Bu haqda fikir söyləmək mənə düşməz, amma bir tərəzinin tərəflərinə AİF və sizin layihənizi qoysaz fikrimcə birinci daha ağır gələr...(Sözlərinin çoc olmasına görə yox!)
Son olaraq onu qeyd edim ki, qabartdığınız "cəmiyyətin rusdilli əhalisi" heç də yaxşı vətəndaşlar kateqoriyasına aid deyil..! Ən azından konstitusiyamızda dövlət dili kimi Azəri Türkcəsi göstərilib...!
#3 | Araz Eyyubov tərəfindən yazılıb. Yazılma tarixi ->> 07/12/2009 08:35  
Fədai, çox gözəl xırdalamısan. Vahidin yazısı + sənin bu şərhin yazıya laiqli cavabdır.

İnsan nə qədər çox bilsə, nə qədər çox dil bilsə bu onun baş ucalığıdır. Amma hər cəhddə əcnəbiləşmə, başqasının çəkməsini geyinib onun kimi yeriməyə cəhd etməsi gülüncdür!

Niyə rusdillilər daha tez inkişaf elədi bu sahədə?
Ona görə yox ki, rus dilini bilənlər üstün zəkalı insanlardır. Sadəcə Rus dilində saysız hesabsız dərsliklər, vəsaitlər və məlumatlar var bu sahədə. Ona görə də onlara çox asan oldu öyrənib qabağa düşmək. Məlumat Azərbaycan türkçəsində olasaydı əgər və öyrənməyə ruslarla eyni vaxtda başlasaydıq,(eyni gündə öyrənməyə start versəydik) rusları suya aparıb susuz gətirərdik buna əmin ola bilərsiniz...

Sadəcə mövcud şərtlər, 70 illik rəsmi və ona qədər olan əsrlərlə əsarət bizi Azərbaycan türklərini inkişafdan çox saxladı. Bu günkü halımızı biz ruslara borcluyuq. Rüşvəti, kütləvi savadsızlığı biz ruslara borcluyuq.


Bir şeyi başa düşmürəm dostlar. Necə olur ki, biriləri sənin qanını içsin, canını alsın, gözünü ağlar qoysun, torpağını alsın, millətini qırsın(cavan, qoca, körpə, qadın, gəlin, qız) və bütün bunlardan sonra sən yekəxana yekəxana o millətin dilində fəxrlə danışasan... Adama bundan böyük pislik eləmək mümkündü ki? Buna da bəraət qazandıra bilər ki, kimsə?

Bir cavabı var ki, onlar qeyri millətlərdir. Azərbaycan türkləri deyil... Mən cavabı bunda görürəm.

Allah lənət eləsin!
#4 | eldunya tərəfindən yazılıb. Yazılma tarixi ->> 07/14/2009 20:25  
salamlar...bu məsələni gündəmə gətirdiyiniz üçün çox təşəkkür edirəmƏhsən..., məndə həmçinin düşünürəm ki, biz öz bilik resurslarımızı artırmalıyıq, "vətənpərvərlik" nədir?, sualına kim düzgün cavab tapa bilibsə, o insan məhz xalqına və dünyaya sağlam iş görəcəkdirSmile
#5 | the_brainiac tərəfindən yazılıb. Yazılma tarixi ->> 07/17/2009 11:05  
ANAR duz diyir.halaldi. aznetde 3-4 dene saytdan bashqa hamisi zir zibildi
#6 | Fedai tərəfindən yazılıb. Yazılma tarixi ->> 07/17/2009 20:55  
the_brainiac mənim yazdığımı oxu, sonra doğru olub olmadığına qərar ver..!
#7 | Araz Eyyubov tərəfindən yazılıb. Yazılma tarixi ->> 07/18/2009 05:51  
The_braniniac, aha elə ən birinci zibil Yumroo.Az saytıdır... Zibildən başqa bir şey deyil.

The_brainiac bilirəm çətində amma Azərbaycan dilində doğru yaz!

Fədai fikir vermə qardaş, qoy hərə şəxsi subyektiv fikrində qalsın... Smile

Anar Elçiyev-in yazdıqları da fuflodur... Sübuta ehtiyacı yoxdu Smile Wink
#8 | MusaEfendi tərəfindən yazılıb. Yazılma tarixi ->> 07/19/2009 08:08  
Sizin niyə buna münasibət bildirdiyinizi başa düşmürəm...
Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.

Bilməli olduqlarımız!
M. Ə. Rəsulzadə Haqqında

Xankəndi- 26.12.1991
Xocavənd- 02.10.1992
Xocalı- 25-26.02.1992
ŞuŞa- 08.05.1992
Laçın- 17.05.1992
Kəlbəcər- 03-06.04.1993
Ağdərə- 17.06.1993
Ağdam- 23.07.1993
Cəbrayıl- 18.08.1993
Füzuli- 23.08.1993
Qubadlı- 30-31.08.1993
Zəngilan- 29-30.10.1993
Yahoo! Qrupumuz!
Qrafika.az Yahoo! Qrupuna üzv olmaq üçün tıklayın!

Üzv olmaq üçün Tıklayın!
Dəstəkləyənlər
ŞƏRTLƏR

WolfmaN_AZE Gallery
HOSTBAYCAN
Şagird.AZ
EXPLORER
AMITAF.İNFO
WEB BAZ
Download System
3Ds.Az
MobiLand.Az
POPULYAR.NeT
Serfeli.AZ
Erudit
Yayim.NeT
Hər şey haqqında
IKT Xəbər
LOAD.az