09/09/2010 19:11

Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
Reklam
Sayğac

ILK-10 Azeri Website Directory
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
Reklam


3ds.az - Azərbaycanın 3D Peşəkarlarının portalı

Mayın 16-da Azərbaycanda «Muzeylər gecəsi» adı altında aksiya keçiriləcək



Mayın 16-da Azərbaycanda «Muzeylər gecəsi» adı altında aksiya keçiriləcək
Tədbirin açılışı saat 18:00-da Muzey Mərkəzinin qarşısında keçiriləcək

Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə hər il «Muzeylər gecəsi» adı altında  keçirilən aksiya bu il Azərbaycanda qeyd ediləcək. Aksiya “Muzey və Turizm” devizi altında keçiriləcək.

Bu məqsədlə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan Tarix Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət Tarixi-Memarlıq Qoruq - Muzeyi, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Səməd Vurğunun Ev-Muzeyi,  Üzeyir Hacıbəyovun Ev-Muzeyi, Abdulla Şaiqin Mənzil-Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev- Muzeyi “Muzey və Turizm” devizi altında tur keçirir.

Turda iştirak etmək üçün Bilgəh qəsəbəsi Müharibə və Əmək Əlilləri pansionatında yaşayan qocalar, Nizami rayonu 1 saylı  və Xətai rayonu 3 saylı uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar dəvət olunacaq. Tədbirdə iştirakçılara “Tariximizə və Mədəniyyətimizə səyahət” mövzusunda ekskursiyalar, müxtəlif mövzulu sərgilər, əyləncəli oyunlar, konsert proqramları, yemək süfrəsi və hədiyyələr təqdim olunacaq.

Tədbir mayın 16-da saat 15:00-da başlayır və saat 22:00-dək davam edəcək. Təntənəli açılış mərasimi Muzey Mərkəzinin qarşısında saat 18:00-da keçiriləcək. Həmin gün «Memarlıq abidələrimiz Azərbaycan Memarlarının gözü ilə», «Teatr xalqımızın böyük sərvətidir», Ulu öndərimiz «Xalqımızın qayğıkeş atası», «Qobustan pirləri» adlı sərgilər təşkil ediləcək, «Halay vuraq, yallı gedək» yallı rəqsinin muzey əməkdaşları və iştirakçılarla birgə ifa olunacaq,  «İrs» folklor ansamblı, «Ritmlərin ahəngi», «Musiqimizi yaşadaq», «Azərbaycan klassik musiqisinin inciləri», «Muğamın sehrində», Qədim musiqi alətləri ansamblının konsert proqramları və «Tıq-tıq xanım» nağıl-tamaşası göstəriləcək, «Bahar istəklimsən….» xalq şairi Səməd Vurğunun şerlərindən parçalar səsləndiriləcək və «Oyunlar aləmində» bölümündə isə müxtəlif xalq oyunları təşkil olunacaq.
Muzeylər gecəsində respublikanın  bütün muzeylərində rəngarəng tədbirlərin keçirilməsi planlaşdırılır./ANS PRESS/

Rəylər
#1 | cavidseyidov tərəfindən yazılıb. Yazılma tarixi ->> 05/15/2009 18:26  
yəni bu bizə aid deyildə
Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.

Bilməli olduqlarımız!
M. Ə. Rəsulzadə Haqqında

Xankəndi- 26.12.1991
Xocavənd- 02.10.1992
Xocalı- 25-26.02.1992
ŞuŞa- 08.05.1992
Laçın- 17.05.1992
Kəlbəcər- 03-06.04.1993
Ağdərə- 17.06.1993
Ağdam- 23.07.1993
Cəbrayıl- 18.08.1993
Füzuli- 23.08.1993
Qubadlı- 30-31.08.1993
Zəngilan- 29-30.10.1993
Yahoo! Qrupumuz!
Qrafika.az Yahoo! Qrupuna üzv olmaq üçün tıklayın!

Üzv olmaq üçün Tıklayın!
Dəstəkləyənlər
ŞƏRTLƏR

WolfmaN_AZE Gallery
HOSTBAYCAN
Şagird.AZ
EXPLORER
AMITAF.İNFO
WEB BAZ
Download System
3Ds.Az
MobiLand.Az
POPULYAR.NeT
Serfeli.AZ
Erudit
Yayim.NeT
Hər şey haqqında
IKT Xəbər
LOAD.az