|
|
İnsan əllərinin yaratdığı əsrarəngiz möcüzə. |
|
Dəniz yaxasında qoca bir şəhər... Köpüklü dalğalar altında bu şəhərin nə qədər sirri gizlənir görəsən? Bakını görmək, bu qeyri-adi şəhərin gözəlliyinə heyrətlənməmək mümkünmü? Diş-diş qala divarları... Bu keçilməz sədd Bakıya xoş niyyətlə gələn hər kəsə yüz yerindən yol verib, qapı açıb. Möhtəşəm qala qapıları qonağa ehtiram və məhəbbət nişanəsidir. Xəzərin ayna sularında bitən Qız qalası xalqımızın ləyaqəti adına ucaldılmış abidədir, saflıq və təmizlik heykəlidir.
Bakı qədim mədəniyyət, incəsənət, memarlıq mərkəzidir. Bu qədim şəhərin cizgilərini özündə əks etdirən İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası kompleksi bu gün də dünya memarlıq incilərindən hesab olunur.
İçərişəhər Azərbaycan mədəniyyət tarixinin möcüzəsidir. O tarixin yadigarıdır. Bu, artıq bütün ümumdünya mədəni irsində təsdiqlənmiş bir gerçəkdir. Təkcə bu möcüzəsi yetər ki, Azərbaycanımız öz qədimliyi, sənət məbədi, sənətkarlar ölkəsi olması ilə dünyaya meydan oxusun. İçərişəhərin baş tacı isə Azərbaycan memarlıq sənətinin ən nadir incilərindən olan Şirvanşahlar sarayıdır. Dünyanın YUNESKO adlanan ümumdünya mədəni irsinin siyahıya alınması və mühafizəsi işlərini öhdəsinə götürən beynəlxalq təşkilatı, analoqu olmayan bu tarixi abidənin misilsizliyini dəyərləndirərək adını 2000- ci ilin noyabrından YUNESKO-nun ümumdünya irsi siyahısına daxil edib. Azərbaycan bu siyahıda qədim qala şəhəri olan “İçərişəhər”, onun baş tacı “Şirvanşahlar sarayı”, “Qız qalası” ilə təmsil olunub. YUNESKO-nun qərarı ilə Ümumdünya Abidələr və Tarixi yerlər günü, artıq 25 ildir ki, dünyanın hər ölkəsində eləcə də Azərbaycanda yüksək səviyyədə qeyd edilir. Məqsəd isə birdir. Hər bir xalqın mənsub olduğu milli sərvətlər-tarixi mədəniyyət abidələri mühafizə edilsin. Uzun illər boyunca bu tarixi missiyanı “Şirvanşahlar sarayı kompleksi” dövlət tarixi muzeyi yerinə yetirməkdədir. 1964- cü ildə “Şirvanşahlar sarayı kompleksi” dövlət tarixi memarlıq- qoruq muzeyi yaratmışdır. Ekskursiya, mühazirə, sərgi, “Açıq qapı” və musiqi gecələri, “Şərq gecələri” kimi muzey fəaliyyətinin müxtəlif forma və metodlardan məharətlə istifadə edən qoruq muzeyi bu gün ümumdünya şöhrəti qazanıb.
Şirvanşahlar sarayı XV əsr Azərbaycan memarlığının incisidir. Gözəl me`marlıq forması, daşların yonulması və hörülməsindəki valehedici dəqiqlik, portalın məharətlə oyulmuş xalçavarı ornament bəzəyi və gümbəzlərlə tamamlanan abidə bu günədək öz formasını itirməmiş, bütün gözəlliyi ilə dövrümüzədək gəlib çatmışdır. Abidə bütövlüklə daşdan ibarətdir. Bu möhtəşəm saray bir nəçə hissədən ibarətdir: saray binası, divanxana, Seyid Yəhya-Bakuvinin türbəsi, saray türbəsi, minarəli saray məscidi, hamam və bir qədər sonra tikilən Şərq darvazası. Şirvanşahlar sarayı abidələr kompleksinin əsas abidəsi saray binasıdır. I Xəlilullah padşahın sifarişi ilə memar Məhəmməd Əli tərəfindən tikilən bu saray 30 il ərzində başa çatıb. İnsan əllərinin yaratdığı əsrarəngiz möcüzə. 22 hektarlıq ərazidə qala divarları ilə əhatələnmiş, bütün tələblərə cavab verən mükəmməl bir şəhər salınmışdır. Bu şəhərin məscidləri, hamamları, ovdanları, Şah sarayı, “Karvansara”sı, “Qız qalası” və daha nələri varmış. Sarayın əzəmətli qapısından içəri daxil olan hər bir insan sanki Şirvanşah Xəlilullahın yaşadığı XV əsrə xəyalən səyahət edir.
Tarixi oxuduğumuz zaman görürük ki, orta əsrlərdən üzübəri edilən işğallara, hücumlara, təzyiqlərə baxmayaraq bu abidələr bu günümüzədək gəlib çatmışdır. Bundan bəlli olur ki sarayın memarı, sənətinin ustası olan Məhəmməd Əli işin son dərəcə keyfiyyətli və uzunömürlü olmasına var qüvvəsini sərf edib.
Dünyanın elə bir ölkəsi yoxdur ki, bizim muzeyimiz haqqında eşitməsin. Şirvanşahlar sarayı ən qiymətli maddi mədəniyyət abidələrimizdəndir. İçərişəhərin hər daşı, hər küçəsi, divarı tarixdir, xalqımızın daş yaddaşıdır. Bu bizim tariximizdir. Təkrarsız memarlıq incisidir.Təkcə bir günümüzü bu işə sərf edə bilmərik. Biz gərək daima tarixi abidələrimizi qoruyaq. Çünki bir ölkənin sərvəti onun dili və tarixidir.
| |
|
#1 |
tərəfindən yazılıb. Yazılma tarixi ->> 04/17/2009 20:12
#2 |
tərəfindən yazılıb. Yazılma tarixi ->> 04/18/2009 10:10
#3 |
tərəfindən yazılıb. Yazılma tarixi ->> 04/18/2009 10:14
#4 |
tərəfindən yazılıb. Yazılma tarixi ->> 04/20/2009 19:45
#5 |
tərəfindən yazılıb. Yazılma tarixi ->> 04/21/2009 13:07
|
|
|
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
|
|
|
M. Ə. Rəsulzadə Haqqında
Xankəndi- 26.12.1991
Xocavənd- 02.10.1992
Xocalı- 25-26.02.1992
ŞuŞa- 08.05.1992
Laçın- 17.05.1992
Kəlbəcər- 03-06.04.1993
Ağdərə- 17.06.1993
Ağdam- 23.07.1993
Cəbrayıl- 18.08.1993
Füzuli- 23.08.1993
Qubadlı- 30-31.08.1993
Zəngilan- 29-30.10.1993
|
|
Təkrar təşəkkür edirəm.